İran nüvə məsələsində güzəştə getməyəcək
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qiymətləndirməsinə görə, İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı güzəştə gedəcəyi ehtimal olunmur.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı Tehran rəhbərliyinin nüvə məsələsində sərt xəttini qoruduğunu və danışıqlarda kompromis ehtimalının aşağı olduğunu bildirib.
Qeyd olunub ki, bu qiymətləndirmə İranın nüvə proqramı ətrafında beynəlxalq gərginliyin davam etdiyi bir dövrdə açıqlanıb.
11:41 16.06.2026
Oxunuş sayı: 41