ABŞ–İran arasında siyasi böhran dərinləşir: Əraqçıya impiçment çağırışları artır
İran və ABŞ arasında mümkün razılaşmanın əldə olunması və yaxın vaxtlarda imzalana biləcəyi ilə bağlı məlumatlar ölkə daxilində siyasi gərginliyi artırıb. Proses müxtəlif siyasi dairələr tərəfindən ciddi narazılıqla qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, tənqidlərin əsas hədəfi ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və qismən prezident Məsud Pezeşkian olub.
11:32 16.06.2026
Oxunuş sayı: 51