Avropa Komissiyası İrana qarşı sanksiyaların yumşaldılmasını müzakirə edir
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sanksiya mexanizmləri ilə bağlı açıqlama verib. O bildirib ki, Avropa İttifaqının sanksiya sistemi əsasən iki istiqamətə – insan hüquqlarının pozulması və kütləvi qırğın silahlarının yayılmasına qarşı yönəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fon der Leyen qeyd edib ki, sanksiyaların ləğvi yalnız real və yoxlanıla bilən dəyişikliklər baş verdiyi halda mümkündür:
“Biz sanksiyaları tətbiq edərkən məqsəd davranışın dəyişdirilməsidir. Əgər davranış inandırıcı və yoxlanıla bilən şəkildə dəyişirsə, o zaman sanksiyaların ləğvi nəzərdən keçirilə bilər. Lakin dəyişiklik yoxdursa, insan hüquqları pozuntuları və kütləvi qırğın silahları ilə bağlı sanksiyaların aradan qaldırılması mümkün deyil”.
Açıqlama Avropa İttifaqının İrana qarşı mövcud sanksiya siyasətinin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilib.
10:30 16.06.2026
Oxunuş sayı: 42