Mirzoyan: Ermənistan və Rusiya normal tərəfdaşlıq gələcəyinə malik olacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Moskva arasında münasibətlər konstruktiv və işgüzar mühitdə inkişaf etdirilir və mövcud problemlərin həlli istiqamətində iş davam etdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz Rusiya həmkarlarımızla konstruktiv və işgüzar atmosferdə işləyirik və problemlərin həlli, bütün anlaşılmazlıqların izahı üçün bundan sonra da işləyəcəyik. İnanın ki, Ermənistan və Rusiyanı normal tərəfdaşlıq gələcəyi gözləyir”, – Mirzoyan bildirib.
08:07 03.06.2026
Oxunuş sayı: 41