Maştağada baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, qurumdan verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
23:39
Bakıda güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.(Report)

23:57 02.06.2026
Oxunuş sayı: 45