İran: ABŞ ilə danışıqlar aparılmır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, hazırda danışıqların növbəti mərhələsi ilə bağlı heç bir plan yoxdur və bu barədə qərar qəbul edilməyib.
Crosmedia.az xarici mediaya istinadən xəbər verir ki,onun sözlərinə görə, ABŞ rəsmiləri diplomatiyadan və danışıqlara hazır olduqlarından danışsa da, davranışları bunun əksini göstərir. Bəqayi vurğulayıb ki, Vaşinqton qeyri-real mövqelərində israr etməyə davam edir və bu, diplomatik prosesin irəliləməsinə mane olur.
Rəmziyyə Babazadə
12:55 20.04.2026
Oxunuş sayı: 53