31 Mart Soyqırımı – Beynəlxalq Hüquq Böhranını Üzə Çıxaran Faciədir
31 Mart Azərbaycan tarixində 1918-ci ilin qanlı hadisələri qurbanlarının anım günüdür. Erməni millətçi qruplarının Azərbaycan əhalisini sistemli şəkildə məhv etdiyi və bu “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında BMT Konvensiyası”nda təsbit edilmiş “Soyqırım” terminin hüquqi tərifinə tam uyğundur. Soyqırımın cinayət kimi hüquqi tərifi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260(III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada verilmişdir. Bu Konvensiyaya uyğun olaraq, soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupların tamamilə və ya qismən məhv edilməsi məqsədi ilə törədilmiş hərəkətdir.
1918-ci il faciəsinin kökündə Azərbaycan,
Türkiyə və Gürcüstan torpaqlarında “Böyük Ermənistan” yaratmaq arzusunda olan
erməni millətçiliyinin ekspansionist ideologiyası dayanır. Yalan tarixi rəvayətlərlə
dəstəklənən bu utopik konsepsiya azərbaycanlıların etnik təmizləməyə və kütləvi
qırğınlarına səbəb oldu. Erməni daşnak
birləşmələri Rusiya imperiyasının süqutundan sonra yaranmış xaosdan istifadə edərək,
müsəlman əhalisini sistemli şəkildə məhv etməyə başladılar.
1918-ci ilin mart-aprel aylarında erməni
silahlı dəstələri bolşeviklərin (Stepan Şaumyanın başçılığı ilə) dəstəyi ilə,
on minlərlə azərbaycanlını məhv etdilər, o cümlədən: Bakıda 12 mindən çox insan
öldürüldü, bütöv məhəllələr yandırıldı, məscidlər, mədəniyyət abidələri
dağıdıldı, Şamaxıda 7000-10000 sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə
yetirildi, Qubda 2007-ci ildə aşkar edilmiş kütləvi məzarlıqlar amansız qətllərin
üstü açılır.
Bu Soyqırım təkcə Bakı və Şamaxı ilə məhdudlaşmırdı
- zorakılıq dalğası Qarabağı, Zəngəzuru, Naxçıvanı və Lənkəranı bürüdü. Müxtəlif
hesablamalara görə, 50.000 ilə 100.000 arasında insan öldü. Bu cinayətlər
planlaşdırılmış və məqsədyönlü şəkildə azərbaycanlıların bölgədəki bütünlüklə
qovulması və ya məhv edilməsi idi.
Daşnaklar xüsusilə qəddar idilər. İnsanları
diri-diri yandırdılar, tarixi abidələri dağıtdılar, Azərbaycan mədəniyyətinin
izlərini sildilər, qadınları zorladılar, bütöv ailələri məhv etdilər. Bu, sadəcə
bir qırğın deyil, bölgənin demoqrafik quruluşunu dəyişməyə yönəlmiş etnik təmizləmə
cəhdi idi.
Aradan onilliklər keçməsinə baxmayaraq, Azərbaycan
dövlətinin və ilk növbədə, tarixi ədalət siyasətinin banisi Ümummilli Lider
Heydər Əliyevin səyləri nəticəsində həlak olanların xatirəsi yaşamaqdadır.
1998-ci ildə Ümummilli lider Heydər Əliyev
31 mart tarixi olaraq, Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilməsi
haqqında fərman imzaladı. Bu, tarixi dönüş nöqtəsi idi - 1918-ci il faciəsi
artıq susdurulmadı, milli kimliyin bir hissəsinə çevrildi.
Soyqırımın beynəlxalq səviyyədə tanınması
üçün müasir mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ciddi şəkildə davam etdirilir. Cənab Prezident İlham Əliyev beynəlxalq
platformalarda azərbaycanlıların soyqırımı məsələsini gündəmə gətirməklə,
tarixi ədalətin daha geniş vüsət almasına əvəzsiz tövhə verir. Onun səyi ilə sənədli
filmlər, arxiv materialları yaradılıb, konfranslar, xatirə tədbirləri
keçirilib, tarixi diplomatiya möhkəmlənib.
Qeyd etmək lazımdır ki, bu faciənin
tanınması Mehriban xanım Əliyevanın göstərdiyi humanitar missiya tərəfindən dəstəklənir.
Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həlak olanların
xatirəsinin əbədiləşdirilməsində fəal iştirak edir, elmi tədqiqatlara dəstək
verir. Leyla xanım Əliyeva Azərbaycan Gənclər Fondunun rəhbəri kimi gənc nəsil
arasında və xaricdə soyqırım mövzusunu geniş təbliğ edir. Təsadüfi deyil ki, bu
proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən kampaniya, dünyanın əksər
şəhərlərini əhatə edir. Fondun nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan
həqiqətlərini bütün dünyaya çatdırıb. Heydər Əliyev Fondunun yaratdığı Azərbaycan
internet portalı ermənilərin yüz illərdir xalqımıza qarşı həyata keçirdikləri soyqırımı
siyasətini beynəlxalq səviyyədə daha mükəmməl formada təqdim edir.
1918-ci ildə azərbaycanlıların qətliamı
hüquqi sənədlər əsasında beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi
rəsmən tanınmalıdır.
1948-ci il Konvensiyanın II maddəsinə əsasən,
soyqırım “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək
niyyəti ilə” törədilmiş aşağıdakı hərəkətlər kimi müəyyən edilir, yəni: qrup
üzvlərini öldürmək, ağır bədən və ya ruhi zərər vurmaq, uşaqların doğulmasına
qarşı məqsədyönlü tədbirləri həyata keçirmək, uşaqların bir qrupdan digərlərinə
vermək. Beləliklə, soyqırım kvalifikasiyası tam tətbiq olunur.
Təbii ki, buna dair ciddi sübut bazası, o
cümlədən arxivlər, ifadələr, beynəlxalq hesabatlar mövcuddur.
Fövqəladə Təhqiqat Komissiyasının
(1918-1920) sənədlərində, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış
komissiyanın sənədləri sənədləşdirilmişdir: sağ qalanların ifadələri (zorakılıq
aktları, kəndlərin yandırılması). Bundan əlavə isə, fotoşəkillər və videolar
(Qubada kütləvi məzarlıqlar), xarici diplomatların hesabatları (Böyük
Britaniyanın Bakıdakı general-qubernatoru “müsəlmanların sistemli şəkildə
qırğınınına dair qeydləri).
Beynəlxalq müşahidəçilərin təsdiqi, o cümlədən
The Times (1918): “Ermənilər müsəlmanları heç bir fərq qoymadan qətlə yetirirlər”,
Amerika konsulunun qeydləri: “Qətllər etnik xarakter daşıyır”, Qubada aparılan
qazıntılar da daxil olmaqla, müasir ekspertizalar (2007): yüzlərlə qadın və
uşağın qalıqları, Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları
İnstitutunun rəyi: daşnakların əməlləri tamamilə BMT Konvensiyasının II maddəsinə
uyğundur.
Hüquqi əsaslara baxmayaraq, “Siyasi maneələr”
faciənin geniş tanınmağa mane olmağa çalışır, xüsusilə ABŞ və Avropadakı erməni
lobbisi qətnamələrin qəbuluna mane olur. İkili standartlar: Qərb “erməni
soyqırımını” tanıyır, lakin erməni qüvvələrinin cinayətlərinə məhəl qoymur.
Sovet tarixşünaslığı 1918-ci il hadisələrini “sinfi mübarizə” adlandıraraq
susurdu.
Lakin Azərbaycan Xocalı soyqırımının
tanınmasına nail oldu (15 ölkə və 24 ABŞ ştatı). Türkiyə və Pakistan 1918-ci il
hadisələri ilə bağlı Bakının mövqeyini dəstəkləyir.
Azərbaycanın ədalət uğrunda mübarizədəki
rolu tarixi ədalətin bərpasına əsaslanan sistem xarakteri daşıyır. Nümunə kimi,
1918-ci il hadisələrinin araşdırılması, Ruanda və Yuqoslaviya modeli üzrə beynəlxalq
tribunalların yaradılması tələbi ilə BMT, ATƏT, AŞPA-ya müraciətdə dövlətin
hüquqi təşəbbüslərini qeyd etmək vacibdir.
Yaddaş diplomatiyasının bir forması kimi sənədli
filmlər (“Daşnakların qanlı izləri”, “Soyqırımı. 1918”) yaradılmış, xatirə
kompleksləri* ucaldılmışdır (Quba, Şamaxı).
Beynəlxalq hüquq baxımından 1918-ci ilin
mart hadisələri - Soyqırımıdır. Azərbaycan arxiv sənədlərinə, sübutlara və
hüquqi presedentlərə arxalanaraq bu həqiqətin tanınması üçün mübarizəni davam
etdirir.
Artıq dünyanın ikili standartların tətbiqinə
son qoymağın, Azərbaycan xalqına qarşı törədilən cinayətlərə geniş və qətiyyətli
hüquqi qiymət verməsinin vaxtı çatıb.
Qurbanları xatırlamaq bəşəriyyətin tarix qarşısında borcudur. Nə qədər
ki, qurbanların xatirəsi yaşayacaq, Azərbaycan bu faciənin beynəlxalq səviyyədə
Soyqırımı kimi tanınmasına çalışacaq.

Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəalı
09:40 01.04.2026
Oxunuş sayı: 43