KİV: Ukrayna və Amerika kəşfiyyatı Rusiyanın raket hücumlarını yaxından izləyir
Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya qarşı müntəzəm olaraq kütləvi hücumlar həyata keçirməyə davam edir.
Crossmedia.az "Le Monde" qəzetinin məlumatına görə, Ukrayna və Amerika kəşfiyyatı bəzən bu hücumların tarixlərini bir həftə əvvəldən öyrənir.
Qeyd olunur ki, Rusiyanın kütləvi hücumlarının planlaşdırılması və həyata keçirilməsi mürəkkəb logistika tələb edir. Ukrayna və Amerika kəşfiyyatı bunu yaxından izləyir.
Nəşr vurğulayır ki, bu kütləvi hücumlar zamanı ruslar “Oreşnik” kimi orta mənzilli ballistik raketləri atarkən yüzlərlə dron operatoru, strateji aviasiya, Qara dəniz donanması və Xəzər donanması, quru qüvvələrinin raket və artilleriya bölmələri və strateji raket qüvvələrini yerləşdirirlər.
Ukrayna Hərbi Hava Qüvvələrinin Rabitə Departamentinin rəisi Yuri İqnat jurnalistlərə bildirib ki, ruslar ötən həftə sonu kütləvi hücumlar üçün on minlərlə rus əsgərini yerləşdiriblər. Onun sözlərinə görə, hücumun ilk əlamətləri çox vaxt strateji aviasiyadan gəlir.
"Onlar (RED: Rusiya hərbçiləri nəzərdə tutulut) döyüş başlamazdan əvvəl zərbə vasitələrini hazırlamalıdırlar: kruiz raketlərini çatdırmalı, təyyarələri silahlandırmalı və onları daimi bazalardan beş-altı aktiv uçuş-enmə zolağına köçürməlidirlər. Bu əməliyyatlar təbii ki, saatlarla, bəlkə də günlərlə çəkir", - İqnat deyib.
21:18 25.05.2026
Oxunuş sayı: 51