Çalıquşu: Dönməz iradə və sərbəst ruhun əsəri
“Fəridə, bizim bütün sərgüzəştlərimiz məhz buradan başlayır. Məni dinlə: görürəm ki, bu gözlər o qədər iztirab çəkib ki, artıq məni başa düşə bilər. Mən səni sevməyə başlayanda sən gülməkdən, əylənməkdən başqa heç nə düşünməyən, yüngül, dəcəl bir qız uşağı idin- səs kimi, əl uzadıb tutmaq mümkün olmayan bir Çalıquşu. Mən sənə ürəkdən vurulmuşdum.
Amma sən çox tez dəyişirdin. Sənin o gülən, əylənən gözlərinin içində oyanan zərif və həssas gənc qız ruhu birdən-birə görünür, sonra yenə yox olurdu. Mən öz-özümə deyirdim ki, “mümkün deyil, bu uşaq mənim qəlbimdəki hissləri anlaya bilməyəcək, mənim həyatımı alt-üst edəcək”. Bəlkə də məni görəndə rəngin qaçır, gizlənmək üçün qaçırdın. Amma mən bunu Çalıquşuya xas bir yüngüllük sanır, içimdəki narahatlıqla ürəyimi yeyirdim. Fəridə, bir de mənə söylə görüm: sən bu qədər böyük vəfanı, bu qədər dərin ruhu o kiçik Çalıquşu köksünün harasında gizlətmişdin?"
Zamanla elə əsərlər oxuyuruq ki, onlar yalnız dövrün ədəbi tələblərini deyil, həm də insan həyatının müxtəlif yönlərini əks etdirir. “Əli və Nino”, “Çalıquşu”, “Leyli və Məcnun”, “Romeo və Culyetta” kimi əsərlər insanların sevgi, itkİ və həyat təcrübələrini əks etdirir. Bəzən oxucu öz həyatını, yaşadıqlarını və duyğularını bu əsərlərdə tapır – özünü qəhrəmanların yerlərində görür, onların qərarları və hissləri ilə əlaqə qurur.
Dövrün yaşanan sevgilərindən biri də Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanında təsvir olunmuşdur. Burada Fəridə və Kamranın hekayəsi oxucuya sevginin dərinliyini, sədaqəti və itkiləri göstərir. Fəridənin Kamrana dediyi sözlər, onun sevgisinin və bağlılığının əsl dəyərini açıq şəkildə göstərir:
"Fəridə , bizim bütün sərgüzəştlərimiz burda başlanır. Məni dinlə: görürəm, bu gözlər o qədər iztirab çəkib ki, daha məni başa düşə bilər… Mən səni sevməyə başlayanda, sən gülməkdən, əylənməkdən başqa heç bir şey düşünməyən yüngül, dəcəl bir qız uşağı idin…"
Bu ifadələr həm Fəridənin xarakterini, həm də Kamranın ona olan dərin sevgisini əks etdirir. İnsan sadəcə rol oynadığı üçün deyil, olduğu kimi qəbul edildiyi üçün sevilir.
Fəridənin uşaqlığı və xarakterinin formalaşması
Əsərin başlanğıcında Fəridənin uşaqlığı oxucuya təqdim olunur. O, şıltaq, dəcəl, gülməkdən və oynamaqdan zövq alan bir qızdır. Lakin bu yüngüllük onun zəifliyi deyil: gözlərinin içində həssas, zərif bir ruh da gizlənmişdir. Uşaqlıqdan yaşadığı itkilər və ailə problemləri onun daxili aləmini formalaşdırır. Fəridə həyatın sərtliyini erkən yaşda dərk edir və həm özünü qorumağı, həm də insanlara yaxın olmağı öyrənir.
Fəridənin gəncliyi və çətinliklərlə üzləşməsi
Böyüdükcə, Fəridənin həyat yolu daha da mürəkkəbləşir. Onun qarşısına çıxan itkilər, həm ailə, həm də sevgi itkisi onun daxili gücünü sınayır. Buna baxmayaraq, o, həyatın çətinliklərinə qarşı dözümlü və mərhəmətli qalır. Müəllim kimi çalışaraq, qızlara və xüsusilə kimsəsiz Munisəyə sahib çıxır. Munisəyə olan diqqət və qayğı, Fəridənin nə qədər dərin bir qəlbə sahib olduğunu göstərir.
Əsərdə Fəridənin xarakterinin diqqətçəkici cəhətlərindən biri də onun müstəqilliyidir. O, şəraitsiz və çətin bir mühitdə belə müəllimlik etməyə razı olur, həyatda öz yolunu seçir. Bu, onun güclü qadın obrazı kimi təqdim edilməsinin əsas səbəbidir.
Əsərin əsas süjeti Kamran və Fəridənin münasibəti üzərində qurulub. Onların sevgisi dərin, səmimi və əbədi olsa da, həyatın sərt tələbləri və ayrılıqlar bu münasibətə mane olur. Onlar bir-birini sevsələr də, müəyyən müddət ayrılıqda qalırlar. Lakin bu ayrılıq onların sevgisini zəiflətmir, əksinə daha da möhkəmləndirir.
Kamran və Fəridənin sevgisi oxucuya göstərir ki, əsl sevgi sadəcə bir-birinə yaxın olmaqla ölçülmür. O, sədaqət, anlayış və qarşılıqlı hörmətlə ölçülür. Ayrılıqlar da bu sevginin dəyərini artırır.
Fəridənin evlilik və həyat seçimi
Fəridənin həyatında qarşılaşdığı digər çətinliklərdən biri də məcburi evlilikdir. O, dövrün və şəraitin tələblərinə görə bir evlilik yaşayır, lakin bu evlilik onun ruhunu sıxır. Burada Rəşad Nuri Güntəkin oxucuya göstərir ki, qadın həyatı və seçimi üzərində də müstəqil olmalıdır. Fəridənin daxili dünyası və təbiəti onun sadəliyini və təmkinini qoruyur.
Romanın sonu Kamran və Fəridənin yenidən görüşməsi ilə tamamlanır. Bu, yalnız romantik bir sonluq deyil, həm də qələbə və sədaqət mesajıdır. Fəridə bütün çətinliklərə, itkilərə və əziyyətlərə baxmayaraq öz təbiətini, mərhəmətini və sadəliyini qoruyur. Kamranın sevgisi isə onu olduğu kimi qəbul edir.
Əsərin mövzusu və mesajı
“Çalıquşu” əsərinin əsas mesajlarından biri insanın sadəliyi və təbiiliyi ilə sevilə biləcəyidir. Fəridənin şıltaqlığı, həyəcandan qaçması və bəzən sərt hərəkətləri onun sadəliyindən və təbii olmasından qaynaqlanır. İnsanları rol oynamağa görə deyil, olduğu kimi sevmək, əsərin vurğuladığı əsas mövzulardandır.
Həmçinin, əsər həyatın çətinliklərinə qarşı dözümlülük, sevgi və sədaqət mövzularını da oxucuya çatdırır. Fəridə obrazı göstərir ki, çətinliklər insana güc qazandırır və insanın daxili aləmini zənginləşdirir.
Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsəri yalnız bir sevgi romanı deyil, həm də insan ruhunun, itkilərin, müstəqilliyin və sadəliyin romanıdır. Fəridə obrazı oxucuya göstərir ki, sevgi və sədaqət insanı həyatın ən çətin anlarında belə ayırmaz, əksinə gücləndirir. Romanın əbədi dəyəri həm də insan xarakterinin və ruhunun incəliklərini gözəl əks etdirməsindədir.
“Çalıquşu” əsəri oxucunu düşündürür, duyğulandırır və insan həyatının, sevginin və sadəliyin dəyərini göstərir. Bəzən oxucu öz həyatını, hisslərini və yaşadıqlarını bu əsərlərdə tapa bilir – sanki əsər onun öz hekayəsini danışır.
Fatimə Məmmədova
13:54 06.02.2026
Oxunuş sayı: 370