Putinin Ukrayna üzrə əsas şərtləri nələrdir?
Rusiya Prezidenti Vladimir Putin dünən Moskvada keçirilən görüşdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi iqtisadi təşviqlər mühüm üstünlük sayılsa da, Ukrayna məsələsi Rusiya üçün iqtisadi deyil, milli mövcudluq və ekzistensial təhlükəsizlik məsələsidir.
Putin vurğulayıb ki, heç bir iqtisadi təşviq Rusiyanın təhlükəsizlik maraqlarından üstün ola bilməz. Onun sözlərinə görə, Moskva öz təhlükəsizlik təminatlarına ehtiyac duyur və bu təminatlar yazılı şəkildə rəsmiləşdirilməlidir.
Putinin səsləndirdiyi əsas təhlükəsizlik tələbləri:
-
NATO-nun genişlənməsinə dair təminat: Ukrayna NATO-ya üzv olmayacaq və bu barədə ya NATO kollektiv şəkildə, ya da Alyansın lideri olan ABŞ yazılı təminat verəcək.
-
Ukrayna ərazisində ağır silahlar və uzaqmənzilli ballistik raketlər yerləşdirilməyəcək.
-
Ukraynada NATO qoşunları olmayacaq; ölkə heç bir vaxt NATO-ya qəbul edilməyəcək.
-
Atəşkəsdən sonra Ukraynada formalaşacaq gələcək hakimiyyətlər hərbi müdaxiləyə əl atmayacaqlarına dair öhdəlik götürəcək. Putin qeyd edib ki, Rusiya da analoji yazılı təminat verməyə hazırdır.
-
Ukraynanın Donbas bölgəsindən çıxması tələb olunur.
Rusiya liderinin bu açıqlamaları Moskvanın Ukrayna münaqişəsində əsas prioritetinin təhlükəsizlik zəmanətləri olduğunu və iqtisadi paketlərin bu tələbləri əvəz edə bilməyəcəyini bir daha nümayiş etdirir.
14:08 23.01.2026
Oxunuş sayı: 487