Avropa passivdir, Rusiya güclənir: Zelenski xəbərdarlıq etdi
Avropa təhlükəsizlik məsələlərində passivdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, əksər Avropa ölkələri NATO-nun hərəkətinə yalnız təhlükə yarandıqda inanır, lakin Alyansın real addımlarını görmək mümkün deyil.
Zelenski Rusiya raketlərinin Belarusda yerləşdirildiyini və Avropaya çatmaq potensialı olduğunu vurğulayaraq, Avropanın bu təhdidləri ciddiyə almadığını qeyd edib. O həmçinin Qrenlandiya məsələsinə diqqət çəkərək, ABŞ-nin bu məsələdə hərəkət etməsini gözlədiklərini söyləyib.
Prezident Çin və Rusiya arasında əməkdaşlığı tənqid edərək, Avropa ölkələrinin Rusiya üçün raket komponentləri təmin etdiyini bildirib. Zelenski Avropanın hərəkətsizliyinin Rusiyanın hərbi üstünlük qazanmasına yol açdığını və diktatorların hakimiyyəti itirməyə məhkum olduğunu vurğulayıb.
O, həmçinin Qərbi Belarus və İran xalqlarına dəstək göstərmədikləri üçün tənqid edib və bu vəziyyətin regional təhlükəsizliyi risk altında qoyduğunu qeyd edib.
19:16 22.01.2026
Oxunuş sayı: 1165