İsrail ordusundan xəbərdarlıq: Hər an əməliyyata hazırıq
İranla artan gərginlik fonunda İsrail ordusu tam döyüşə hazır vəziyyətdədir.
Crossmedia.az xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar deyib.
O hava hücumundan müdafiə batareyasına səfəri zamanı bildirib ki, İsrail Hərbi Hava Qüvvələri düşmən ərazisinin dərinliklərində fəaliyyət göstərə bilən güclü hücum potensialına malikdir.
Komandirin sözlərinə görə, Hərbi Hava Qüvvələri fasiləsiz şəkildə – sutkanın 24 saatı döyüş hazırlığını qoruyur.
19:07 22.01.2026
Oxunuş sayı: 1143