Davosda strateji üçlük: Əliyev, Mirziyoyev və Orban bir araya gəldi
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban Davosda görüş keçiriblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Liderlər regional və beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparıblar.
18:48 22.01.2026
Oxunuş sayı: 1142