Rusiya Fələstinə bu qədər VƏSAİT AYIRACAQ
Rusiya Prezidenti Vladimir Putin Kremldə Mahmud Abbası qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı Putin Fələstin üçün mühüm maliyyə dəstəyinə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiya dondurulmuş aktivlər hesabına Fələstin tərəfinə 1 milyard dollar vəsait ayırmağa hazırdır.
Məlumata əsasən, görüşdə Yaxın Şərqdə mövcud vəziyyət, humanitar problemlər və Fələstin xalqına dəstək məsələləri də müzakirə olunub. Kremlin yaydığı açıqlamada Rusiyanın Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan mövqeyini davam etdirdiyi vurğulanıb.
Görüş beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və regional proseslər fonunda xüsusi əhəmiyyət daşıyır.
17:46 22.01.2026
Oxunuş sayı: 1516