Ərdoğan: Qlobal siyasət Türkiyənin illərdir səsləndirdiyi mövqeyə yaxınlaşır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal siyasətdə baş verən dəyişikliklərlə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Ərdoğan bildirib ki, dünya siyasəti tədricən Türkiyənin uzun illərdir müdafiə etdiyi yanaşmaya yaxınlaşır.
Onun sözlərinə görə, Türkiyə illərdir Davosda və digər beynəlxalq platformalarda müzakirə olunan məsələləri qlobal gündəmə gətirib. Prezident vurğulayıb ki, bu mövzularla bağlı Ankaranın səsləndirdiyi tənqidlər zaman keçdikcə öz doğruluğunu sübut edir.
“Bu gün artıq aydındır ki, qlobal siyasətlə bağlı illərdir səsləndirdiyimiz tənqidlər haqlı idi”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğanın fikrincə, beynəlxalq sistemdə yaşanan proseslər yeni yanaşmalara ehtiyac yaradır və Türkiyənin bu sahədə irəli sürdüyü baxışlar getdikcə daha çox diqqət cəlb edir.
16:55 22.01.2026
Oxunuş sayı: 1817