Ticarət mərkəzindəki yanğında azı 60 nəfərin qalıqları tapılıb
Pakistanda bir neçə gün əvvəl baş vermiş güclü yanğından sonra Karaçi şəhərində yerləşən ticarət mərkəzindən azı 60 pakistanlıya məxsus insan qalıqları aşkar edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğın saatlarla davam edib. Hadisənin bu qədər uzun çəkməsinin əsas səbəblərindən biri yerli yanğınsöndürmə briqadalarının texniki imkanlarının məhdud olmasıdır. Bildirilir ki, xilasedicilər yalnız aşağı təzyiqli su ilə işləyən adi şlanqlarla yanğını söndürməyə çalışıblar və daha müasir avadanlıqların olmaması alovun genişlənməsinə şərait yaradıb.
Hadisə Pakistan cəmiyyətində ciddi narazılıq doğurub. Yerli media və ictimaiyyət yanğın təhlükəsizliyi sistemlərinin zəifliyini, fövqəladə hallara hazırlıq səviyyəsinin aşağı olmasını tənqid edir.
Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların davam etdiyini, yanğının səbəbləri və məsul şəxslərin müəyyən ediləcəyini bildiriblər.
14:09 22.01.2026
Oxunuş sayı: 848