"Apple"dən YENİLİK
Apple ilin sonuna qədər Siri-ni şirkətin ilk süni intellektlə işləyən çatbotuna çevirməyi planlaşdırır.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata əsasən, “Campos” kod adı verilən yeni çatbot mövcud Siri interfeysini tamamilə əvəz edəcək və iPhone, iPad və Mac əməliyyat sistemlərinə dərin şəkildə inteqrasiya olunacaq.
Bloomberg yazır ki, bu məqsədlə Apple yanvar ayının əvvəlində Google ilə Siri-də Gemini modellərindən istifadə etmək üçün razılaşma əldə edib. Gözləntilərə görə, Campos çatbotu Gemini 3 ilə müqayisə oluna bilən, lakin Apple üçün xüsusi hazırlanmış daha inkişaf etmiş model əsasında fəaliyyət göstərəcək.
Analitiklər hesab edirlər ki, bu addım Apple-ın süni intellekt sahəsində rəqabəti gücləndirmək və Siri-ni daha funksional, interaktiv və ağıllı platformaya çevirmək niyyətindən xəbər verir.
13:56 22.01.2026
Oxunuş sayı: 925