Trampın xüsusi nümayəndəsi: Rusiya-Ukrayna savaşını həll edəcəyik
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uittkoff bildirib ki, Şərqi Avropada davam edən müharibə əsas məsələnin həllinə gətirib çıxarıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, o, vəziyyətin həll edilə bilən olduğunu vurğulayıb.
"Bu, yəni, Ukrayna böhranının nizamlanması məsələsi sözün əsl mənasında hərtərəfli bir mövzudur. Məncə, biz onu bir məsələyə qədər endirmişik və həmin məsələnin həlli variantlarını müzakirə etmişik. Bu da o deməkdir ki, prinsip etibarilə o, həll oluna biləndir",- deyə o, Davosda keçirilən Dünya İqtisadi Forumunun kuluarlarında bildirib.
"Beləliklə, əgər hər iki tərəf bu məsələni həll etmək istəyirsə, biz onu həll edəcəyik. Mövqeyim budur",- deyə Uittkoff fikrini yekunlaşdırıb.
Turqut Ansari
13:37 22.01.2026
Oxunuş sayı: 1172