Zelenski Davosda: Trampla görüş planlaşdırılır
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən forumda iştirak etmək üçün İsveçrəyə gedib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, forum çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşün keçirilməsi planlaşdırılır. Görüş zamanı Ukraynadakı mövcud vəziyyət, müharibənin gedişi və mümkün sülh perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Davosda təşkil olunan tədbir qlobal siyasi və iqtisadi gündəmin əsas müzakirə platformalarından biri hesab olunur və Zelenskinin səfəri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
13:03 22.01.2026
Oxunuş sayı: 867