"The Economist" ABŞ-nin Qrenlandiya iddialarına həsr olunan simvolik üz qabığını yayımlayıb
"The Economist" jurnalı ABŞ-nin Qrenlandiya ilə bağlı iddialarını əks etdirən yeni üz qabığını dərc edib.
Crossmedia.az xəbər verir ki, üz qabığında ABŞ rəhbərliyinin Arktika bölgəsinə artan marağı güclü vizual simvolika ilə təqdim olunur. Təsvir vasitəsilə Qrenlandiyanın strateji əhəmiyyəti, iqlim dəyişiklikləri fonunda artan geosiyasi rəqabət və ABŞ-nin regionda təsir dairəsini genişləndirmək niyyəti vurğulanır.
Analitiklərə görə, The Economist-in bu üz qabığı Vaşinqtonun Arktikanı təkcə ekoloji deyil, həm də hərbi və iqtisadi baxımdan prioritet bölgə kimi görməsinin mesajıdır. Qrenlandiya mövzusu son dövrlər beynəlxalq mediada və siyasi dairələrdə artan müzakirələrin mərkəzində yer alır.
11:14 22.01.2026
Oxunuş sayı: 1020