TƏCİLİ: Davosda yanğın siqnalı işə düşüb
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ətrafındakı ərazidə yanğın siqnalı işə salınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə yerinə bir neçə yanğınsöndürmə və təcili tibbi yardım maşını cəlb olunub.
Məlumata görə, təhlükəsizlik əməkdaşları Forumun rəsmi ərazisinin giriş hissəsində toplaşan insanları fəal şəkildə uzaqlaşdırırlar. Polis sözçüsü bildirib ki, yanğın siqnalının dəqiq harada işə düşdüyü hələlik məlum deyil, lakin hadisə “konfrans mərkəzinin ərazisində” baş verib.
Eyni zamanda konfrans zalında iştirakçıların öskürməsinə səbəb olan naməlum maddənin aşkarlandığı bildirilir. Hadisənin təfərrüatları və təhlükənin mənbəyi ilə bağlı araşdırmalar davam edir.
Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirir, Forumun işində fasilə olub-olmadığı barədə isə hələlik açıqlama verilməyib.
09:18 22.01.2026
Oxunuş sayı: 1044