İranda internetlə bağlı kritik müzakirə: Məhdudiyyətlər götürülür?
İranda internetin yenidən qoşulması məsələsi Ali Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Şuranın katibi Əliəkbər Purcəmşidian açıqlama verib.
Onun sözlərinə görə, məsələ gündəmdə olsa da, müzakirələrin dəqiq vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, İranda baş verən kütləvi etirazlar zamanı hakimiyyət hadisələrlə bağlı məlumatların yayılmasının qarşısını almaq məqsədilə ölkə üzrə internetə çıxışı məhdudlaşdırmışdı. Sözügedən qərar həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.
Hazırda isə internetin bərpası ilə bağlı qərarın hansı formada veriləcəyi və məhdudiyyətlərin tam, yoxsa mərhələli şəkildə aradan qaldırılacağı sual olaraq qalır.
09:15 22.01.2026
Oxunuş sayı: 1466