PKK tərəfdarlarından yeni hücum: Avropada iğtişaşlar genişlənir
Suriya ordusunun şərq bölgələrində PKK/YPG terror qruplarına qarşı davamlı əməliyyatları fonunda, əvvəllər Avropada dəstək tapmış PKK tərəfdarları Brüsseldəki Avropa Parlamentinə hücum edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində binaya ziyan dəyib və əraziyə polis qüvvələri cəlb olunub. Avropa dövlətləri təhlükəsizlik tədbirlərini gücləndirib, iğtişaşların qarşısının alınması üçün addımlar atılır.
Hücum PKK-nın Avropadakı fəaliyyətinin nəzarətsiz olduğunu və terror şəbəkəsinin beynəlxalq təhlükə yaratdığını bir daha göstərdi.
21:53 21.01.2026
Oxunuş sayı: 948