Balıkəsirdə 4,5 bal gücündə zəlzələ
Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi qurumlar hələlik dağıntı və ya xəsarət alanlar barədə məlumat verməyib. Zəlzələ yerli əhali tərəfindən hiss edilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
Yeraltı təkanların təsiri və bölgədəki vəziyyət yaxın saatlarda izlənməyə davam edəcək.
21:50 21.01.2026
Oxunuş sayı: 799