Ceyhun Bayramov: Vaşinqtonda imzalanmış Birgə Bəyannamə regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir
8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib.
Nazir, həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb.
17:11 22.12.2025
Oxunuş sayı: 1047