SOCAR “Gama Enerji İç Anadolu”nun alınmasını 225 milyon dollara tamamlayacaq – Baş nazir
SOCAR Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasında (870 MVt) 225 mln. dollara əldə etməyi planlaşdırır.
Crossmedia.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumununda Saziş imzalanacaq.
Ə.Əsədov qeyd edib ki, SOCAR adıçəkilən elektrik stansiyasının 100 % payına sahib olacaq.
17:03 22.12.2025
Oxunuş sayı: 987