Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründə tətbiq etdiyi bir sıra yeniliklər açıqlanıb
Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə tətbiq etdiyi bir sıra yeniliklər açıqlanıb.
Bu barədə Crossmedia.az-a geniş müsahibəsində hərbi ekspert Ədalət Verdiyev danışıb.
O bildirib ki, SU-25 təyyarələri ilə PUA-ların kombinə olunmuş istifadəsi – yəni PUA-nın hədəfi lazerlə işarələməsi və təyyarənin təhlükəsiz məsafədən zərbə endirməsi dünya hərb tarixində ilk dəfə məhz Azərbaycan tərəfindən uğurla icra olundu: "Bu texnologiyalar təkcə kəşfiyyat deyil, həm də zərbə və idarəetmə üstünlüyü yaradır. Ucuz PUA-ların milyonlarla dəyəri olan texnikanı sıradan çıxarması müasir müharibələrin əsas reallığına çevrilib və Azərbaycan bu reallığın praktiki müəlliflərindəndir".
16:56 22.12.2025
Oxunuş sayı: 1194