Cevdet Yılmaz Azərbaycana təşəkkür edib
Azərbaycan xalqına və dövlətinə zəlzələnin nəticələrinin aradan qaldırılması yönündə dəstəyinə görə bir daha təşəkkür edirik.
Crossmedia.az-ın xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Cevdet Yılmaz Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışında iştirak etdiyini xatırladıb.
16:00 22.12.2025
Oxunuş sayı: 992