Bakıda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilir.
Crossmedia.az xəbər verir ki, toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov, Türkiyə tərəfdən Cevdet Yılmaz sədrlik edir.
İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
15:27 22.12.2025
Oxunuş sayı: 1053