Vəngli, Kolatağ, Daşbulaq və Badaraya ümumilikdə daha 32 ailə yola salınıb
Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin ediləcək.
12:23 22.12.2025
Oxunuş sayı: 989