Bakıdakı rusiyalıların azadlığı müzakirə edildi
Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında dekabrın 9-10-da keçirilən siyasi məsləhətləşmələr çərçivəsində diqqət çəkən məsələlərdən biri Bakıda həbs edilmiş rusiyalı vətəndaşların azad edilməsi olub. Görüşlərdə tərəflər qarşılıqlı maraqları nəzərə alaraq hüquqi və diplomatik aspektləri müzakirə edib, vəziyyətin mümkün həll yollarını araşdırıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan XİN-i ilə Bakıdakı həbs edilən 11 rusiyalının azad edilməsi məsələsini müzakirə edib.
Rusiya XİN-in məsul şəxsləri, bu prosesin iki ölkə arasında mövcud əməkdaşlıq çərçivəsində əhəmiyyətli olduğunu vurğulayıblar. Məsləhətləşmələr həm də regional əlaqələrin gücləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından önəm daşıyır
“Bu mövzunu dekabrın 9-10-da Azərbaycan Respublikası XİN-də keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik”, – deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib
Zeynəb Xuduyeva
15:10 16.12.2025
Oxunuş sayı: 990