İlham Əliyev Bəhreynin Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
11:02 16.12.2025
Oxunuş sayı: 1841