20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır - Deputat
Müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət fonunda insan amilinin ali dəyər kimi qəbul olunması ilə səciyyələnir. Dövlət idarəçiliyində humanizm, sosial ədalət və hüquq mədəniyyətinin qorunması Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritetlərindən biri kimi daim ön planda dayanır. Cəmiyyətin rifahının yüksəldilməsi, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, eyni zamanda cəza siyasətində islah yönümlü yanaşmanın tətbiqi dövlət başçısının formalaşdırdığı müasir idarəçilik modelinin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən humanitar və sosial yönümlü qərarlar Azərbaycan dövlətinin gücünü yalnız iqtisadi və hərbi göstəricilərlə deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə söykənən idarəçilik fəlsəfəsi ilə nümayiş etdirir. Bu siyasət Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm və dövlət-vətəndaş münasibətlərində etimad ənənələrinin müasir dövrdə ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır. Bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir.
Bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında yeni səhifə açmağa imkan verəcək. Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha təsdiq edir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Məhz Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir"
10:27 16.12.2025
Oxunuş sayı: 2385