Türkiyə sahillərində daha bir rus tankerinə hücum edilib
Rusiyadan Gürcüstana gedən “Midvolqa 2” tankeri Türkiyə sahillərindən təxminən 80 mil aralıda Qara dənizdə hücuma məruz qalıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tanker günəbaxan yağı daşıyırdı və gəmidəki 13 ekipaj üzvü xəsarət almayıb, kömək istəməyib. Hazırda tanker Türkiyənin Sinop limanına doğru yola düşüb.
Keçən həftə Qambiya bayraqlı iki tanker – “Kairos” və “Virat” da hücuma məruz qalmışdı. Türkiyə Sahil Təhlükəsizliyi əməkdaşları “Kairos”dan 25, “Virat”dan isə 20 ekipaj üzvünü təhlükəsiz şəkildə təxliyə edib. Hər iki gəmi Qambiyaya göndərilib. Bloomberg və Reuters məlumatına görə, bu gəmilər Rusiyaya qarşı sanksiyalara məruz qalan siyahıya daxildir.
Nəzrin Abbas
11:23 02.12.2025
Oxunuş sayı: 1319