İsveç Ukraynaya 116 milyon dollar yardım edəcək
İsveç hökuməti Ukraynanın gələn qışa hazırlanmasına dəstək məqsədilə 1,1 milyard İsveç kronu (təxminən 116,41 milyon dollar) ayıracağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Bildirib ki, İsveçin xarici işlər naziri Maria Malmør Stenergård bildirib ki, Skandinaviya ölkələri NATO üzvləri arasında Ukraynaya ən çox maliyyə dəstəyi verən ölkələrdir. O əlavə edib ki, bu dəstək uzunmüddətli perspektivdə səmərəli olmalıdır.
Nazir həmçinin Avropa İttifaqını Rusiyanın dondurulmuş aktivlərinə həbs qoymağa və həmin vəsaitdən Kiyevə yeni yardım paketi ayırmağa çağırıb. Qeyd edək ki, Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynanın ümumi ehtiyaclarını 135,7 milyard avro həcmində qiymətləndirmişdi.
Nəzrin Abbas
10:38 02.12.2025
Oxunuş sayı: 1214