Rusiya WhatsApp-ı bloklaya bilər — Dövlət Duması
Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin birinci müavini Anton Qorelkin bildirib ki, WhatsApp Rusiyada tamamilə bloklana bilər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, səbəb messencerin Rusiya qanunvericiliyinə əməl etməməsi ola bilər.
Qorelkin əlavə edib ki, WhatsApp-ın sahibi “Meta” (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) Roskomnadzorun xəbərdarlığına hələ rəsmi reaksiya verməyib. Deputat messencerin bloklanacağı halda şirkətin bunu yalnız formal bəyanatla izah etməyə çalışacağını deyib.
O həmçinin qeyd edib ki, digər ölkələr də WhatsApp-ın təhlükəsizlik və məlumat sızması ilə bağlı problemləri fonunda oxşar addımlar ata bilərlər.
Nəzrin Abbas
15:40 01.12.2025
Oxunuş sayı: 1134