Ərdoğan İrana səfər edəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri prinsipial olaraq razılaşdırılıb və hazırda səfərin dəqiq tarixi üzərində koordinasiya aparılır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Bəqayi bildirib ki, tərəflər lazımi vaxtın müəyyənləşdirilməsi üçün danışıqları davam etdirir.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Tehranda iranlı həmkarı Abbas Əraqçi, parlament sədri Məhəmməd Bağır Qalibaf və prezident Məsud Pezeşkianla görüşlər keçirib.
Nəzrin Abbas
15:20 01.12.2025
Oxunuş sayı: 1308