Kreml Putin–Uitkoff görüşünün tarixini açıqladı
Kreml dekabrın 2-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Moskvada görüş keçiriləcəyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov brifinqdə görüşün sabah planlaşdırıldığını bildirib.
Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq üçün Moskvaya səfər edirlər.
Siyasi ekspert Konstantin Bloxin görüşdə sülh müqaviləsindən sonra Ukraynanın gələcəyinin müzakirə oluna biləcəyini istisna etmir. Onun sözlərinə görə, Rusiya rəhbərliyi ərazi məsələlərində heç bir güzəştə getməyəcək və Krım da daxil olmaqla yeni ərazilərdən imtina etməyəcək.
Nəzrin Abbas
15:03 01.12.2025
Oxunuş sayı: 1474