TNI: Su-57 ABŞ-nin düşündüyündən daha güclüdür
“The National Interest” jurnalının köşə yazarı Brendon Vayxert ABŞ-nin Rusiyanın Su-57 döyüş təyyarəsi və onun raket sistemləri barədə həqiqəti etiraf etmək istəmədiyini yazır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Müəllifin fikrincə, Su-57 gizli, yüksək manevr qabiliyyətli, güclü avionika və elektron müharibə imkanlarına malikdir. R-73 raketi isə 400 km məsafəyə qədər və 6 Mach sürətinə çata bilir, düşmənin hava sistemlərinə ciddi zərbələr endirə bilir.
Vayxert qeyd edir ki, Su-57 ABŞ və NATO üçün hava müharibəsində ciddi problem yaradır və real döyüş təcrübəsi baxımından F-22 və F-35-dən fərqli, praktik üstünlüklərə malikdir.
Nəzrin Abbas
14:23 01.12.2025
Oxunuş sayı: 1463