ABŞ Rusiyanın Ukraynadakı aktivlərinin istifadəsinə qarşıdır
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya qondarma təzminat kreditləri üçün istifadəsinə qarşı çıxır.
Crossmedia.az bu barədə Politico-ya istinadən xəbər verib.
Məlumata görə, Belçika Xarici İşlər Nazirliyi Vaşinqtonla bu məsələ üzrə təmasda olub-olmadığını açıqlamayıb. Belçikanın xarici işlər naziri Maksim Prevost isə bildirib ki, Aİ Rusiyanın aktivlərindən istifadəyə baxmayaraq, Ukraynaya maliyyə yardımı üçün konkret yollar tapa bilmir.
O, həmçinin “təzminat krediti”nin münaqişənin sona çatmasına mane olduğunu qeyd edib.
Nəzrin Abbas
13:22 01.12.2025
Oxunuş sayı: 1290