Niderland Ukraynaya silah üçün 290 milyon dollar ayıracaq
Niderland NATO kanalları vasitəsilə ABŞ-dan Ukraynaya silah və sursat alışı üçün 250 milyon avro (təxminən 290 milyon dollar) ayıracaq.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müdafiə naziri Ruben Brekelmans bildirib ki, bu, Ukraynaya Amerika ehtiyatlarından tez kömək göstərmək üçün edilir.
Qeyd edək ki, yardım NATO-nun PURL mexanizmi vasitəsilə həyata keçirilir və ABŞ-dan ilk hərbi texnika Ukraynaya sentyabrın 18-də çatıb. Ən aktiv donorlar arasında Niderland, Danimarka, Norveç, İsveç, Almaniya və Kanada var.
Nəzrin Abbas
13:15 01.12.2025
Oxunuş sayı: 1392