Krımda terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, hüquq-mühafizə orqanları Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı terror aktının qarşısını alıblar.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə sui-qəsd cəhdi Krımda Ukrayna hərbi kəşfiyyatının zabiti Rüstəm Fəxriyev tərəfindən təşkil edilib. Müstəntiqlərin məlumatına görə, o, hərbi kəşfiyyat xidməti tərəfindən öz avtomobilində partlayıcı qurğu yerləşdirmək niyyətində olub. Cinayətkar partlayıcı qurğunu maşının altına yerləşdirərkən aşkar edilərək zərərsizləşdirilib.
Hadisədə iştirak edən bir əlbir həbs edilib.
Nəzrin Abbas
11:42 01.12.2025
Oxunuş sayı: 1487