Kaliforniyada ad günü məclisində atışma: 4 ölü, 14 yaralı
Kaliforniyada naməlum silahlı şəxs uşaqların ad gününü qeyd etdiyi məclisdə müştərilərə atəş açıb.
Crossmedia.az bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində dörd nəfər ölüb, 14-dən çox insan yaralanıb.
Qurbanlar arasında uşaqlar da ola bilər. Hüquq-mühafizə orqanları hücumun hədəflənmiş olduğunu düşünür, silahlının kimliyi hələ müəyyən edilməyib. Polis ərazini yoxlayır və müşahidə kameralarının görüntülərini araşdırır.
Stokton vitse-meri Ceyson Li vurğulayıb ki, "Dondurma dükanı heç vaxt ailələrin qorxu içində olacağı yer olmamalıdır".
Nəzrin Abbas
10:30 30.11.2025
Oxunuş sayı: 2588