Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi
Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin Ivanovka kəndini uğurlu əməliyyat nəticəsində azad edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi məlumata görə, döyüşlər zamanı 53 işğalçı zərərsizləşdirilib, 19 nəfər isə əsir götürülüb.
Hərbi Komandanlıq bildirir ki, əməliyyat bir neçə istiqamətdə koordinasiyalı şəkildə həyata keçirilib və kəndin strateji mövqeyinə nəzarət tam bərpa olunub. Azad edilən əraziyə artıq mühəndis bölmələri cəlb olunub və təhlükəsizlik tədbirləri görülür.
Nəzrin Abbas
10:00 30.11.2025
Oxunuş sayı: 2188