ABŞ Tobagoda strateji radar sistemi yerləşdirdi
ABŞ Tobagoda yerləşən ANR Robinson Beynəlxalq Hava Limanına AN/TPS-80 Ground/Air Task Oriented Radar (G/ATOR) sistemi yerləşdirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, S-band texnologiyasına əsaslanan bu radar kompleksi hava və raket hücumundan müdafiə, atəşin idarə olunması və hava hərəkətinə nəzarət üçün nəzərdə tutulub. Sistem uzunmənzilli, 360 dərəcəlik və 4D müşahidə imkanı yaradaraq regionda situasiyanın monitorinqini əhəmiyyətli dərəcədə gücləndirir.
Nəzrin Abbas
09:16 30.11.2025
Oxunuş sayı: 2254