Trampdan Maduroya sərt ultimatum: Könüllü istefa verməsən, güc tətbiq olunacaq
Tramp Maduroya vəzifədən könüllü getməsə, güc tətbiq ediləcəyini deyib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadla məlumat yayıb.
Ötən həftə ABŞ lideri Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı zamanı siyasətçinin könüllü olaraq vəzifəsini tərk etmədiyi təqdirdə güc tətbiq ediləcəyi ilə hədələyib.
Məqalədə qeyd olunur ki, Tramp Maduroya bildirib ki, o könüllü getməsə, ABŞ digər variantları, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək.
Nəzrin Abbas
08:56 30.11.2025
Oxunuş sayı: 2569