İsrailin Azərbaycandakı səfirliyi: Qəzza silahlardan təmizlənməlidir

Atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə gün sonra HƏMAS qorxu və zorakılıq yolu ilə nəzarəti yenidən bərpa etmək məqsədilə silahlarını fələstinlilərə çevirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi özünün "X" hesabında paylaşım edib.
"Atəşkəsə əməl olunmalıdır. HƏMAS aradan qaldırılmalıdır. Qəzza silahlardan təmizlənməlidir", - paylaşımda bildirilib.
19:12 19.10.2025
Oxunuş sayı: 1134