Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub

Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.
Crossmedia.az-a Estoniya Xarici İşlər Nazirliyi (XİN) Kommunikasiya şöbəsinin müdiri Bretti Sarapunun verdiyi məlumata görə, M.Tsaxkna Azərbaycana oktyabrın 22-də səfər edəcək.
B.Sarapun bildirib ki, M.Tsaxkna Estoniya işgüzar heyətinin müşayiəti ilə ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və hər iki ölkənin liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamədən sonra Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan irəliləyişə dəstəyi ifadə etmək məqsədilə Azərbaycana gələcək.(Report)
19:10 17.10.2025
Oxunuş sayı: 1331