Fəzail Ağamalı: Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı əsas rezidenti olub

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev uzun illər Rusiyanın Azərbaycandakı əsas rezidenti olub və hələ SSRİ dövründən Moskvanın ən sadiq adamlarından biri kimi tanınıb.
Crossmedia.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib
Ağamalının sözlərinə görə, Mehdiyev partiya xətti ilə irəliləməsinə həyat yoldaşının erməni mənşəli olması və həmin əlaqələr sayəsində nail olub. SSRİ dağıldıqdan sonra isə o, yenidən Prezident Administrasiyasına qayıda bilib.
Sədr əlavə edib ki, 2001-ci ildə Heydər Əliyevin səhhətində ciddi problemlər yarandığı dövrdə Mehdiyev Moskvanın dəstəyi ilə siyasi səhnədə daha fəal görünməyə başlayıb və Rusiya dairələri onu mümkün varis kimi təqdim etməyə cəhd ediblər.
Fəzail Ağamalı vurğulayıb ki, bu gün illər sonra həqiqətlər üzə çıxıb və Kremlin maraqlarına xidmət edən, ətrafında təsir şəbəkəsi yaradan bir şəxsin karyerasının belə sonlanması tamamilə qanunauyğundur.
Fatimə Məmmədova
10:51 16.10.2025
Oxunuş sayı: 2302