22 İyul – Milli Mətbuat Günü: Azərbaycan Mətbuatının 150 İllik Şərəfli yolu

Azərbaycanda hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan mətbuatının ən qədim nümunəsi olan "Əkinçi" qəzetinin nəşrə başlaması ilə (1875-ci il) bağlıdır. Bu gün mətbuatın azadlığını, jurnalistlərin fədakarlığını və milli mədəniyyətin inkişafında mətbuatın rolunu qiymətləndirmək üçün münasib bir fürsətdir.
"Əkinçi" qəzeti maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabi tərəfindən 22 İyul 1875-ci ildə təsis edilmişdir və Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi tarixə düşmüşdür. Qəzetin əsas məqsədi maarifçilik, xalqı savadlandırmaq və cəmiyyətdə tərəqqi ideyalarını yaymaq idi. Zərdabi, qəzet vasitəsilə kəndlilərə müasir əkinçilik üsullarını öyrədir, sosial ədalətsizlikləri tənqid edir və milli şüurun oyanmasına xidmət edirdi.
"Əkinçi"nin maarifçilik missiyası və xalq arasında populyarlığı danılmazdır.
Qısa müddət ərzində "Əkinçi" yalnız ziyalılar deyil, həm də sadə xalq arasında geniş yayıldı. Bunun səbəbi qəzetin sadə və anlaşılan dilində yazılması, kənd həyatına dair praktik məsləhətlər verməsi idi. Lakin çar hökuməti qəzetin təsirindən qorxaraq 1877-ci ildə onun nəşrini dayandırdı. Buna baxmayaraq, "Əkinçi" Azərbaycan mətbuatının əsasını qoydu və sonrakı nəsillər üçün nümunə oldu.
Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsində yeri danılmaz faktdır.
Müasir dövrdə Azərbaycan mətbuatı dünya informasiya məkanının ayrılmaz hissəsidir. Beynəlxalq media platformaları, sosial şəbəkələr və xəbər agentlikləri ilə əməkdaşlıq sayəsində Azərbaycanın səsi bütün dünyada eşidilir. Xüsusilə son illərdə Azərbaycanın qlobal mediada aktiv iştirakı ölkənin informasiya siyasətinin uğurunu nümayiş etdirir.
2025-ci ildə Azərbaycan mətbuatının 150 illik yubileyi qeyd olunur. Bu, təkcə "Əkinçi"nin yaranması deyil, həm də Azərbaycan mətbuatının müxtəlif dövrlərdə keçdiyi çətin və şərəfli yolun qiymətləndirilməsidir. Sovet repressiyaları, müstəqillik illərindəki çətinliklər və müasir inkişaf mərhələləri bütün bunlar milli mətbuatımızın dözümlülüyünü sübut edir.
Müasir dövrümüzdə İnternet qəzetçiliyin inkişafı, yeni dövrün çağırışları göz önündədir.
Rəqəmsal texnologiyaların yayılması ilə ənənəvi qəzetçilik ilə yanaşı, onlayn mediada geniş vüsət alır. “Yeni Azərbaycan, Səs, Sia.az” kimi internet nəşrləri sürətli informasiya paylaşımı, interaktiv kontent və multimedia vasitələri ilə oxuculara daha çevik xidmət göstərir. Bu, gənc jurnalistlər üçün yeni imkanlar yaradır.
150 illik şərəfli yolda, Fədakar Azərbaycan jurnalistləri olmuş və həqiqətləri Azərbaycan xalqına çatdırmağa nail olmuşdurlar.
Azərbaycan mətbuat tarixində Çəmənzəminli, Əli bəy Hüseynzadə, Məmməd Səid Ordubadi, kimi şəxsiyyətlər həmişə həqiqət uğrunda mübarizə aparmışlar. Müasir Azərbaycan jurnalistikasında “Yeni Azərbaycan” qəzeti və “Yeni TV” kütləvi informasiya vasitələri kimi mühüm rol oynayır. Müasir Azərbaycan jurnalistikasında tanınmış simalardan biri Alqış Musayevi göstərmək olar. Müasir dövrdə də jurnalistlər müxtəlif risklərə baxmayaraq vətəndaşların informasiya hüququnu qoruyurlar. Xüsusilə, müharibə və böhran dövrlərində onların işi daha da çətinləşir.
Azərbaycan-Türkiyə media əməkdaşlığı Və strateji tərəfdaşlıq iki qardaş ölkə arasında uğurla davam etdirilir.
Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlıq son illərdə xüsusi dinamika qazanıb. TRT, CNN Türk kimi kanallarla Azərbaycan media qurumlarının birgə layihələri (sənədli filmlər, müzakirə proqramları) iki qardaş ölkənin mədəni və siyasi yaxınlığını gücləndirir. "Bir millət, iki dövlət" ideologiyası mediada da öz əksini tapır. Ulu Öndər Heydər Əliyevin mətbuata dəstəyi,azad və müstəqil media siyasəti hər zaman Ulu Öndərin siyasi xətlərindən bir olmuşdur. Ulu Öndər Heydər Əliyev mətbuatın cəmiyyətin inkişafında kritik rolunu hər zaman qeyd edib. Onun dövründə mətbuat azadlığının genişləndirilməsi, jurnalistlərə dövlət dəstəyi göstərilməsi milli media məkanının formalaşmasında böyük rol oynayıb. O, deyərdi: "Mətbuat xalqın gözü-qulağıdır."
44 Günlük Vətən müharibəsində mətbuatın və informasiya cəbhəsinin rolu danılmaz faktdır.2020-ci il Vətən müharibəsində Azərbaycan mətbuatı informasiya cəbhəsində də qəhrəmanlıq göstərdi. Jurnalistlər cəbhə xəttindən canlı reportajlar verərək dünya ictimaiyyətini erməni təcavüzünün həqiqi üzü ilə tanış etdilər. Azərbaycan mediası beynəlxalq platformalarda ölkənin haqlı səsini çatdırmaqla əvəzolunmaz rol oynadı.
Bu gün cənab Prezident İlham Əliyevin mətbuata dəstəyi və davamlı inkişaf strategiyası göz önündədir. Cənab Prezident İlham Əliyevdə mətbuatın azadlığını və jurnalistlərin sosial müdafiəsini daim qayğı ilə əhatə edib. Dövlət qurumlarının media ilə açıq dialoqu, jurnalistlər üçün təlim və təqaüd proqramları mətbuatın peşəkarlıq səviyyəsini artırır. Cənab Prezidentin dediyi kimi: "Mətbuat demokratiyanın əsas təşkilatçılarından biridir."
22 İyul Milli Mətbuat Günü Azərbaycanın mədəni və ictimai tarixində mətbuatın oynadığı rolun qiymətləndirilməsi günüdür. "Əkinçi"dən bugünkü rəqəmsal mediaya qədər uzanan bu yol milli şüurun, demokratiyanın və davamlı inkişafın tərənnümüdür. Bu günü qeyd edərkən, bütün jurnalistlərimizin fədakarlığını yüksək qiymətləndirir, milli mətbuatımızın daha da inkişaf etməsini arzulayırıq! Sonda "22 İyul Milli Mətbuat Günü münasibətilə işini şərəf və ləyaqətlə görən bütün jurnalistlərimizi və media işçilərini ürəkdən təbrik edirəm! Sizin fədakarlığınız milli şüurumuzun formalaşmasında və demokratiyamızın inkişafında böyük rol oynayır. Yeni nəsil media peşəkarları üçün uğurlar arzulayıram!
Yaşasın Azərbaycan mətbuatı!
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
12:08 18.07.2025
Oxunuş sayı: 3708